YAP Tovuz rayon şöbəsindən uğurlu start

Tovuzda Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla aparılır

Bu gün Tovuzda 2018-cil il aprelin 11-də keçiriləcək Prezident seçkilərinin təbliğat-təşviqat kompaniyasına çox yüksək siyasi fəallıqla başlanıb. SİA-nın verdiyi məlumata görə, səhər tezdən Yeni Azərbaycan Partiyasının fəalları “İlhamla İrəli” şüarı altında hərəkət edərək 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 106 saylı Tovuz- Qazax-Ağstafa seçki dairələrinin əhatə etdiyi 98 seçki məntəqəsinin hər birində Prezidentliyə namizədlərin təbliğatı üçün nəzərdə tutulmuş lövhələrdə YAP-ın Prezidentliyə namizədi cənab İlham Əliyevin şəkillərini yerləşdiriblər.

Bu kompaniya yaşayış məntəqələrinin sakinləri tərəfindən maraqla və məmnunluqla izlənilmiş, aksiyanı müşahidə edən vətəndaşların hamısı cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyəcəklərini bildiriblər. Sonra fəallar Novruz bayramı ilə əlaqədar keçirilən yarmarkada və əhalinin sıx toplaşdığı digər yerlərdə seçicilərə 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış möhtəşəm tarixi nailiyyətləri, eləcə də 2018-2025-ci illərə aid yeni hədəfləri əks etdirən təbliğat materiallarını çatdırıblar.

Seçki kompaniyası uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə