Təhsil naziri məktəblilərlə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərlə - Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədli ilə görüşüb. Görüşdə M.Cabbarov Prezident İlham Əliyevin təhsilə böyük önəm verdiyini vurğulayıb, bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

Nazir 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəbliləri təbrik edib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb.

Bu mötəbər elm yarışında, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə