Büdcə müzakirələrinin əhəmiyyəti RƏY-ÖZƏL

"Hər ilin bu vaxtlarında ölkədə növbəti ilin büdcəsinin müzakirələri aparılsa da nədənsə bu prosesə ictimai maraq görmürəm, insanlarda, vətəndaş cəmiyyətində büdcəyə maraq çox aşağıdır. Bu gün çıxıb 10 nəfərdən Azərbaycan büdcəsinin həcmini soruşsan, onun 9-u, bəlkə də elə hamısı cavab verə bilməyəcək. Amma hamısı pensiyaların, maaşların artmasından, yaxud az olmasından danışacaq, yeri gələndə narazılığını da bildirəcək. Bu adamlar bilmirlər ki, dedikləri artımlar büdcədə planlaşdırılır və onun müzakirələrinə maraq göstərmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçı söyləyib ki, bu gün kimi danışdırsan deyəcək ki, neft pullarından bizə heç nə çatmır:" Halbuki büdcənin əhəmiyyətli hissəsi neft gəlirləri hesabına formalaşır, alınan pensiyalar, maaşlar onun hesabına verilir. Vətəndaşlar maraqlansalar, bunu öyrənər və deməzlər ki, neft gəlirlərindən bizə heç nə çatmır".

Ekspert əlavə etdi ki, ictimai maraq olarsa, Milli Məclisdəki müzakirələr daha canlı keçər, büdcə ilə bağlı detallı məlumatlar açıqlanar, müzakirələrin də müddəti daha uzun olar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...