Xəzərlə bağlı Konvensiya region üçün nə vəd edir? ŞƏRH

"Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalandıqdan sonra region yeni investisiyaların cəlb ediləcəyi yerə çevriləcək". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov bildirib.

“Xəzərin statusunun müəyyənləşdirilməsi şübhəsiz ki, sahilyanı ölkələrin iqtisadiyyatın ən vacib sahələrində qarşılıqlı faydalı əməkdaşlığının daha da inkişafını təmin edəcək. Əminəm ki, bu, bütün Xəzər regionunun inkişafına güclü təkan verəcək, yeni investisiyaların cəlb edilməsi və prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaq”,- deyə Abdraxmanov müsahibəsində qeyd edib.

XİN başçısı söyləyib ki, hazırda regionda neft-qaz sahəsində ən böyük birgə layihələr həyata keçirilir: “Qeyd edək ki, 2017-ci ilin sonunadək Qazaxıstanın qərb bölgəsinə 9,5 milyard dollardan çox vəsait yönəldilib ki, bu da Qazaxıstana yönəldilən xarici investisiyaların ümumi həcminin 46 faizini təşkil edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə