İqtisadiyyat Nazirliyi qanvermə aksiyası keçirib

Aprelin 13-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.

SİA-nın məlumatına görə, Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi "Donor günü" aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər. Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə