"Atılan addımlar benzinin keyfiyyətinin Avropa standartlarına çatdırmağa hesablanıb" MÜNASİBƏT

"Həm ölkədə istehsal edilən, həm də idxal edilən benzinin keyfiyyətini Avropa standartlarına çatdırmaq zəruridir. Aİ-92 markalı benzinin qiymətinin artırılmasında əsas amillərdən biri də budur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Benzinin qiymətinin artırılması nəticəsində əldə olunan vəsaitin bir sıra məsələlərin həllinə yönləndirilməsi planlaşdırıldığını deyən deputat bildirib ki, bu vəsaitin bir hissəsi ekoloji məsələlərin həlllinə xərclənəcək: "Aİ-92 markalı benzinin qiymətinin artırılması məcburi tədbirdir. Dövlət bu addımı ekoloji, texnoloji və investisiya problemlərini vaxtında həll etmək imkanına malik olmaq üçün atır. Benizinin bahalaşması ilə həm neft emalı sahəsinin inkişafına həm də bu sahənin modernləşdirilməsinə vəsait ayırmaq mümkün olacaq".

R.Quliyev əlavə edib ki, bu cür tədbirlər digər ölkələrdə də həyata keçirilir: "Buna misal olaraq deyə bilərəm ki, son günlər qonşu ölkə Rusiyada da benzinin qiyməti qalxıb".

Müəllif: Nailə Məhərrəmova
loading...