İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci konfransı keçirilib
“Tunis İslam Mədəniyyətinin Paytaxtı - 2019” Mədəniyyət ili çərçivəsində 17 dekabr 2019-cu ildə Tunis Respublikasının Tunis şəhərində İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci konfransı keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, konfransda ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova və İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının koordinatoru Ələkbər Xıdırov yer alıb.
Konfransın açılış mərasimində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” Mədəniyyət ili çərçivəsində mədəniyyətin təbliği və mədəni layihələrdə yaradıcılıq və innovasiyanın təşviqi məqsədilə həyata keçirilmiş “Ən yaxşı mədəni layihə üzrə İSESKO Mükafatı” Vaqif Əliyevə təqdim olunub.
Tədbirdə çıxış edən Vaqif Əliyev təşkilatçılara öz təşəkkürünü bildirdi və konfransın mövzusuna uyğun olaraq İslam dünyasında mədəniyyət siyasətinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB