"“Gələcəyə baxış” müsabiqəsində ikinci yerin qalibi olduq” - Özəl- Fotolar

Bu günlərdə redaksiyamızın qonağı olan Məmməd Rahim adına 7 saylı orta məktəbin kimya müəlliməsi,Təhsil İnstitunun disertantı Hümbətova Almara Novruz qızı ilə söhbətləşdik. Almara xanımın redaksiyamıza gəlişinin səbəbi isə bu günlərdə Moskvada qazandıqları uğur ilə əlaqədar idi.

Almara xanım bildirdi ki, bu yaxınlarda 9-11-ci sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin təlim akademiyasında iştirakına görə müsabiqənin direktoru Y. Priyev tərəfindən sertifikatla təltif olunub. “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Avrasiya İpatent İdarəsi tərəfindən gənclərin əqli mülkiyyət sahəsinə marağın artırılması məqsədi ilə “Gələcəyə baxış” devizi altında keçirilən beynəlxalq müsabiqəyə qoşulduq və uğur qazandıq. Bu lahiyə Moskvada göndərilir və ən yaxşılar arasında seçim edilir. Biz Moskvada “Gələcəyə baxış” müsabiqəsində ikinci yerin qalibi olduq”,- deyə Almaya Hümbətova bildirib.

Qeyd edək ki, “Gənc kimyaçılar” respublika müsabiqəsinin test tapşırıqlarını Azərbaycan və Rus dillərində Almara Hümmətova hazırlayır. İmtahan sonrası yoxladığı nəticələrə bunu deyməyə əsas verir ki, kimya fənninə olan maraq əvvəlki illərlə müqayisədə daha yaxşıdır.

Qeyd edək ki, peşəsinə bağlı olan Almara xanım 1995-çi ildən kimya müəlliməsi olaraq çalışır. O, pedaqoq kimi gənclərin kimyaya olan marağını artırmaq üçün əlimdən gələni etməyə çalışdığını deyir: "Yerigəlmişkən, mən elmə dəyər verən, gənclərin savad alması üçün var gücü ilə çalışan məktəbimizin direktoru Könül xanımın da əmiyini qiymətləndirməyi özümə borc bilirəm. Təhsil millətin sütunudur. Savadlı, vətənpərvər müəllimlər sayəsində uşaqlarımız sabaha inamla baxır, elmlərə yiyələnirlər”.

Almara müəllimə əlavə etdi ki, yaşadığımız 21- ci əsrdə bu fənn daha çox gərəklidir: “ Biz neft ölkəsində yaşayırıq. İstər neft mütəxəssislərinin yetişdiirlməsində, istərsə sağlam həyat tərzinin öyrənilməsində kimya elminin faydaları çoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə