"Hazırda mübarizə yaxşıların ən yaxşısı arasında gedir" - Özəl-Münasibət

"Artıq sayca 7-ci dəfə təşkil olunan Muğam Televiziya Müsabiqəsinin son həftələridir. Müsabiqənin yekunlaşmasına 3 həftə qalıb. Çox gərgin yarışma davam edir. Hazırda mübarizə yaxşıların ən yaxşısı arasında gedir. Tamaşaçılar arasında da yaxşı mənada müsabiqəyə maraq artıb, ona görə ki, hər kəs seçdiyi, bəyəndiyi ifaçını qalib görmək istəyir".

Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov bidirib. O, əlacə edib ki, müsabiqənin ən üstün cəhəti hər dəfə muğam sənətinə yeni səslərin, yeni ifaçıların gəlməsidir: "Muğam sənətinin inkişafında, tanınmasında Heydər Əliyev Fondunun böyük rolu olub. Mən xüsusi olaraq Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Bu gün dövlətimiz tərəfindən muğam sənətinə çox böyük diqqət və qayğısı göstərilir. Muğamlarımızın bütün dünyada təbliği baxımından çox böyük işlər görülür”.

Bütün xəbərlər Facebook səhifəmizdə