Azərbaycanlı rəqqaslar Gürcüstanda birinci oldu

Rəqs mədəniyyətin ayrılmaz hissələrindən biridir. Musiqi ilə ahəng təşkil edən rəqs ona könül verən istedadlı rəqqaslar sayəsində həm də mədəniyətimizə yüksək xidmət göstərir. Belə ki, Gürcüstanın Barjomi şəhərində keçirilən "Qış fantaziyası 2018" rəqs festivalında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasının "Köhnə Bakı" və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin "Xəzri" rəqs ansambılları I yeri qazanıblar.

Baş İdarənin rəisi Cəlil Məlikov festivalda ən yüksək yeri tutan rəqs ansambllarının kollektivi ilə görüşüb, onları təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə