Və ya "siyasi mühacir" adı altında olanları da Orduxan Teymurxanın aqibəti gözləyir

Bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salmağa çalışan "sapı özümüzdən olan baltalar" var. Bu ünsürlər "siyasi mühacir" adı altında çörəyini yeyib-suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparmaqla, erməni lobbisi tərəfindən lazımi maliyyə dəstəyi alırlar. Xüsusilə də, Azərbaycanın uğurlu inkişafından qıcıqlanan erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar yığnağı olan Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rəfael Piriyev, Həbib Müntəzir və digərlərini həyasızcasına çirkin əmələllərindən əl çəkmirlər.

Xəyanətkarın ağı-qarası olmur

Deyir haqq nazilər, amma üzülməz. Gec-tez haqqı tapdalayanların aqibəti ermənilərə qahmar çıxan Orduxan Teymurxan kimi olacaq, törətdiyi cinayət əməllərinə görə də, cəzasını çəkməlidir. Avropada "siyasi mühacir" adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger cəzasını alacaqlar.

Mənəviyyatsız və satqın "siyasi mühacir" adı ilə Aəzərbaycana, dövlətimizə və xalqımıza qarşı şər-böhtan yayan O.Bəbirov, Elşad Abdullayev, Hüseyn Abdullayev, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rəfael Piriyev və bu kimi siyasət rüşeyimlər sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirməklə, erməni sevgilərini nümayiş etdirsələr də, heç nə dəyişməyəcək və necə ki, heç bir şey əldə edə bilmirlər. Çünki Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videobloqerliklə, bir də məzmunsuz və proqramsız "müxalifətçiliklə" məşğul olan sizin kimi əxlaqsızlar bu gün "virtual inqilabçı"lar və "siyasi mühacirlər" olublar.

Kif basmış və dayaz təfəkkürlü "siyasi mühacirlər" "Azərbaycaqda hakimiyyəti devirəcəyik" deyirlər, "bütün dünyada aksiyalara başlayacağıq" söyləyirlər. Rəfael Piriyev isə daha da irəli gedir, "siz hələ bilmirisiniz necə kozırlarımız var" söyləyir.

Göründüyü kimi, əxlaqsızlıq və tərbiyəsizlik. Təəccüblü də deyil, çünki söyüş və təhqirli ifadələri "siyasi fəaliyyət növü" sayan bu əxlaqsızlar heç bir "kozır"ı yoxdur. Olsa belə, onların heç bir halda sabah hansı addımları atacaqları barədə məlumatları yoxdur. Çünki bu əxlaqsız və tərbiyəsizlər idarə olunanlardır. Ən çarəsizlər və ən bədbəxtlər anlamırlar ki, aqressiv və emosional danışmaqla heç nəyə nail ola bilməyəcəklər və o xəyalların üstünü artıq çoxdan toz basıb.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...