Türkmən fəalların Türkiyə hakimiyyətindən təvəqqeləri

Türkmən fəalların Türkiyə hakimiyyətindən təvəqqeləri

Türkmənistan hakimiyyətini tənqid edən türkmən fəal Nurberdi Bazarov oktyabrın 29-da İstanbulda saxlanılıb. “Hazırda o, İstanbulun Tuzla bölgəsindəki deportasiya mərkəzindədir. Və onu Türkmənistana deportasiya etmək istəyirlər”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu başqa bir fəal Nurmuhammet Annaev bildirib.

Annaev və digər fəallar Bazarovun Türkmənistan hökumətinin tələbi ilə saxlanıldığını iddia edirlər. Onların fikrincə, vətəndə deportasiya olunarsa, fəal işgəncələrə məruz qala, ya da hakimiyyətin digər əleyhdarları kimi yoxa çıxa bilər.

Xatırladaq ki, Türkiyə hakimiyyəti bundan əvvəl bir neçə dəfə Türkmənistan vətəndaşlarının Türkmənistana deportasiyasından imtina edib. Məsələn, iyunun 15-də İstanbul məhkəməsi 34 yaşlı Türkmənistan vətəndaşı Bayram Alləliyevin deportasiya edilməsi barədə qərarı ləğv edib. Bundan əvvəl, aprel ayında fəal Vepa Orazmuxammedov Türkiyədə 5 aya yaxın qaldığı deportasiya düşərgəsindən azad edilib.

Qeyd edək ki, Türkiyə hakimiyyətinin rəsmi məlumatlarına görə, hazırda Türkiyədə bir neçə yüz min türkmən vətəndaşı var.

Müstəqil mənbələrə görə, əslində ölkədə Türkmənistan vətəndaşlarının faktiki sayı dəfələrlə çoxdur, bir çoxları Türkmənistandan kənarda dəyişdirilməsi mümkün olmayan müddəti bitmiş sənədlərə görə qeyri-qanuni statusda qalırlar.

Yeri gəlmişkən, hüquq müdafiəçiləri dəfələrlə Türkiyə hakimiyyətini türkmən fəallarını Türkmənistana göndərməməyə çağıraraq, onların həyatları üçün ciddi risk, o cümlədən işgəncə və digər pis rəftarların olduğunu xatırladıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə