Ukrayna Silahlı Qüvvələri artıq Luqansk Xalq Respublikasının inzibati sərhəddini keçib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə artıq Luqansk Xalq Respublikasının Xalq Milislərinin sözçüsü Andrey Maroçko bildirib.

Maroçkonun sözlərinə görə, “itkilərə baxmayaraq, Ukraynanın silahlı birləşmələri Luqansk Xalq Respublikasının inzibati sərhədini keçərək Lisiçansk qəsəbəsi istiqamətində (sərhədlərdə) möhkəmlənməyə nail olub”, - Bunu isə “İnterfaks” xəbər verir.

Luqansk Xalq Respublikasının nümayəndəsi bildirib ki, Ukrayna hərbçiləri “qısa bir məsafədə 1,5-2 km irəliləməyi bacarıblar”, lakin onların “logistika ilə bağlı böyük problemləri var, çünki onlar daim LPR və Rusiya Aerokosmik Qüvvələrinin artilleriyasından atəşə tutulublar”. (...deyirəm bu da nəsə deməlidi də...)

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə