"Qərb müstəmləkəçi olaraq qalmaqdadırlar..."

Putin Qərb ölkələrini xalqları məhv etməkdə və mənəvi dəyərləri inkar etməkdə ittiham edib

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini narkotik ticarətində və bütün etnik qrupların məhv edilməsində ittiham edib. Rusiya liderinin fikrincə, Qərb elitaları xalqları birinci və digər təbəqələrə ayırdıqları üçün müstəmləkəçi olaraq qalmaqdadırlar.

“...Qərbin müstəmləkəçilik siyasətinə orta əsrlərdə başladığını xatırlatmaq yerinə düşər. Və sonra qlobal qul ticarəti, Amerikada hind tayfalarının soyqırımı, Hindistan və Afrikanın talanları, İngiltərə və Fransanın Çinə qarşı müharibələri, nəticədə o, tiryək ticarəti üçün limanlarını açmağa məcbur oldu. Onların etdikləri bütöv bir xalqı narkotikaya sövq edib, torpaq və sərvət naminə məqsədyönlü şəkildə bütöv etnik qrupları məhv edib”.

Qeyd edək ki, rus lideri Kremldə Rusiyanın tərkibinə yeni regionların birləşdirilməsi ilə bağlı referendumun nəticələrindən sonra çıxışı zamanı deyib bunları...

Putin daha sonra deyib ki, öz suverenliklərini Qərbin xeyrinə təslim etməyə razı olmayan dövlətlər Qərbin əli ilə məhv olmaq təhlükəsi ilə üzləşirlər.

“...Bütün ölkələrin suverenliklərini ABŞ-a təslim etməsi onlar üçün çox vacibdir. Bəzi dövlətlərin hakim elitaları könüllü olaraq vassal olmağa razılaşırlar. Başqaları alır, qorxudur, alınmasa, bütöv dövlətləri məhv edirlər”, - deyə dövlət Putin bildirib.

Rusiya lideri onu da xatırladıb ki, məhz Sovet İttifaqı 20-ci əsrdə dünya anti-müstəmləkə hərəkatına rəhbərlik edib və dünyanın bir çox xalqlarına inkişaf imkanları açıb.

Eyni zamanda, dövlət başçısı Qərbi dünya dinlərinin əmrlərinə uyğun gələn əxlaqi dəyərləri inkar etdiyinə görə qınayıb və çıxışını rus mühafizəkar filosofu İvan İlinin Rusiyaya məhəbbət və özünü onun dini ilə eyniləşdirməsi haqqında söylədiyi sitatla bitirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə