Türkiyədən Ermənistana öhdəlikləri yerinə yetirmək çağırışı

Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərini pisləyirik.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında deyilib.

Bildirilib ki, Ermənistan administrasiyası ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

İclasın nəticələrinə dair bəyanat yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə