Kursk vilayətində naməlum şəxslər Rusiyanın Milli Qvardiya üzvlərinə hücum ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
Beləliklə, verilən məlumata görə, hadisə Kursk vilayətinin Sudja şəhərində baş verib. İnsident nəticəsində təhlükəsizlik qüvvələrindən birinin yaralandığı deyilir.
Hazırda hücumda şübhəli bilinən şəxslərin axtarışı aparılır və “həbs etmə” planı elan edilib.
“Mash” Telegram kanalının təsdiqlənməmiş məlumatlarına görə, dolama yolun yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birində agentliyin əməkdaşları şübhə doğuran “Qazel” markalı avtomobili saxlamağa cəhd ediblər. Buna cavab olaraq avtomobildən atəş açılıb. Kanalın redaksiya heyəti hücum edənlərin ukraynalı diversantlar olduğunu ehtimal edir.
Xatırladaq ki, Ukrayna ilə sərhəd olan Kursk vilayətində sentyabrın 22-dək terror təhlükəsinin “sarı” səviyyəsi qüvvədədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB