Pakistanda hərbi kolona bombalı hücum olub

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi kolonun keçidi zamanı bombalı hücum nəticəsində 4 əsgər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 22 yaşlı Naik Şahzaib, 26 yaşlı Naik Səccad, 25 yaşlı Umeyr Əli və 30 yaşlı Xürrəm Şah Pakistanın Hayber Paxtunxva əyalətinin Mir Əli bölgəsində intiharçının bomba hücumu nəticəsində həlak olub. Hücum ilə əlaqədar araşdırmaların aparıldığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə hərbi maşının yoldan çıxaraq sahəyə atıldığı görülüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə