İzmir sahillәrindә 39 qaçqın xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyәnin İzmir şәhәrinin Çeşme qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 39 qaçqının xilas edildiyi bildirilib.

Xilas edilәn qaçqınlardan 13 Eritreya, 13 Liberiya, 11-i Yәmәn vә 2-si Konqo vәtәndaşı olub.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...