“Dost” çətin gündə tanınar...

Financial Times: Hindistan və Çin Aİ-nin Rusiya neftinə qarşı sanksiyalarının qarşısını ala bilər?

Hindistan və Çin Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmasının qarşısını almağa qərar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Financial Times” nəşri Hindistan və Çin hakimiyyət orqanlarının idxalçılara sığorta və nəqliyyat xidmətləri göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edildiyi kimi, Rusiya Federasiyasından neft yüklərinin dünya üzrə əksər tankerlər üçün bloklanması ilə Hindistan və Çin öz gəmilərindən istifadə edərək ticarəti davam etdirmək istəyəcəklər.

Nəşrin mənbələrindən biri də hesab edir ki, kifayət qədər sayda ölkə və iri sığortaçıları Rusiya neftinin qiymətinin məhdudlaşdırılması sxemini dəstəkləməyə inandırmaq kifayət qədər çətin olacaq.

Üstəlik, Rusiyanın neft gəlirlərini azaltmaq üçün aşağı qiymət təyin etmək planı baş tutmaya bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə