Meksikada kriminal qrupla toqquşmada 6 polis ölüb

Meksikanın şimal-şərqindəki Nuevo Leon ştatında kriminal qrupla toqquşmada 6 polis əməkdaşı həlak olub 4nəfər yaralanıb..

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə regional ictimai təhlükəsizlik idarəsinin yaydığı bəyanatda bildirilir.

Asayiş keşikçiləri 10 zirehli texnika ilə hərəkət edən və iriçaplı silahlardan istifadə edən bir qrup mülki şəxslə döyüşə girib.

Hadisəni hansı kriminal icmanın törətdiyi məlum deyil.

Son illərdə Meksika ciddi təhlükəsizlik böhranı yaşayır. 2021-ci ildə rəsmi hesablamalara görə, ölkədə kriminal qrupların əli ilə 33 mindən çox insan həlak olub ki, onların təxminən yarısı Quanaxuato, Mexiko, Miçoakan, Aşağı Kaliforniya, Xalisko və Çihuahua ştatlarında baş verib.

May ayında hakimiyyət orqanları 2800-dən çox ölüm qeydə alıb ki, bu da ilin əvvəlindən bəri ən yüksək göstəricidir.

Aprel ayından bəri zorakılıq 10%-dən çox artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...