Türkiyə sanksiyalara qoşulmaqdan imtina edir

“Türkiyə “Ukrayna şousuna” qatılmayacaq”

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib, çünki Rusiya öz iqtisadi səmərəsini əldə edir.

“RİA Novosti”yə isyinad edən SİA xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində deyib.

“…Biz sanksiyalara qoşulmayacağımızı bildirmişik”, -Bunu Kalın deyib.

O, ölkəsinin xarici enerji mənbələrindən asılı olduğunu xatırladıb.

Türkiyə liderinin nümayəndəsi onu da vurğulayıb ki, Ankara öz mövqeyini Qərb ölkələrinə açıq şəkildə bəyan edib. “Rusiyaya qarşı sanksiyalar ilk növbədə Türkiyə iqtisadiyyatına zərbə vuracaq, biz bunu təbii ki, istəmirik”. Bunu da Kalın deyib.

Qeyd edək ki, may ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Ankaranın anti-Rusiya iqtisadi sanksiyalarına qoşulmaq niyyətində olmadığını bəyan etmişdi.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Ukrayna şousuna” qatılmayacağını və Moskva ilə mehriban qonşuluq münasibətlərini korlamaqdan imtina etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə