Parlament ölüm hökmünün ləğvinə səs verdi

Mərkəzi Afrika Respublikasının parlamenti ölkədə ölüm hökmünün ləğvinə səs verib.

“Фра́нс Пре́сс” agentliyinin məlumatına görə, bu barədə Milli Assambleyanın spikeri Matye Saranqi bildirib.

Verilən məlumata görə, qərar alqışlarla - müzakirə iştirakçılarının "qeyri-rəsmi reaksiyası" əsasında qəbul edilib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qanun layihəsinin yaxınlarda Mərkəzi Afrika Respublikasının Prezidenti Fausten Tuaderana imzalanmaq üçün göndəriləcək.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında sonuncu ölüm hökmü 1981-ci ildə icra olunub.

Yanvar ayında Papua-Yeni Qvineyanın hakimiyyət orqanları ölkədə ölüm hökmü haqqında qanunu yenidən tətbiq edildikdən 30 il sonra ləğv etdi.

Deyilənə görə, ölkədə ölümə məhkum edilənlərin hamısı ömürlük həbslə əvəzlənəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...