İranda 10 mərtəbəli bina çöküb- ölənlər var

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb. SİA-nın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bundan başqa dağıntılar altında 50-dən çox avtomobiln qaldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...