Tunelin çökməsi nəticəsində 10 nəfər ölüb - HİNDİSTANDA

Hindistanın şimalında Cammu və Kəşmirin ərazisində Cammu-Srinaqar magistralında tikilən tunel çöküb. SİA bildirir ki, bu barədə “The Times of India” məlumat verib.

Məlumata görə, dağıntıları altından xilasedicilər 10 işçinin cəsədini çıxarıblar. İtkin düşənlərin hamısının cəsədləri tapıldığı üçün ölənlərin axtarışı başa çatıb.

Qəzet yerli hakimiyyət nümayəndəsinə istinadən xəbər verir ki, cəsədlər rayon xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumatlara görə, çökmə cümə axşamı axşam saatlarında tikilməkdə olan tunelin üzərinə enən sürüşmə nəticəsində baş verib. Axtarış-xilasetmə əməliyyatı cümə günü yeni sürüşmələrə görə dayandırılıb və şənbə günü bərpa edilib.

Nəşrin məlumatına görə, insan tələfatına səbəb olan hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisənin başvermə səbəbini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...