Rusa tətbiq edilən sanksiyaların “nəticəsi”..?

Rusa tətbiq edilən sanksiyaların “nəticəsi”..?

...İndi də, Yaponiya hakimiyyəti iddia edir ki, guya Rusiya iki ölkə arasında münasibətlərin korlanmasına görə məsuliyyəti Tokionun üzərinə atmağa çalışır. Təbii ki, yaponlar belə şeyləri sevmirlər deyə bu cür hərəkətləri də yolverilməz hesab edirlər.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

Beləliklə, baş katib izah edib ki, Moskva ilə Tokio arasında münasibətlərin pisləşməsi Rusiya və Ukrayna arasında hərbi münaqişə fonunda baş verib. Onun sözlərinə görə, Rusiya tərəfi hələ də bütün məsuliyyəti Yaponiyanın üzərinə atmağa çalışır və Tokio bununla qəti şəkildə razılaşmır.

Matsunoya görə, bu, tamamilə qəbuledilməzdir.

Qeyd edək ki, baş katib bu fikirləri Yaponiya vətəndaşlarının Kuril adalarının cənub hissəsinə, o cümlədən əcdadlarının dəfn yerlərini ziyarət etmək məqsədilə vizasız gediş-gəlişinin dayandırılması ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Qeyd olunur ki, Yaponiya vətəndaşları üçün vizasız gediş-gəlişin dayandırıldığını ilk olaraq Rusiya Xarici İşlər Nazirliyi elan edib. Daha sonra Yaponiya Xarici İşlər Nazirliyi də analoji addım atıb.

Matsuno vurğulayıb ki, Yaponiya hökuməti Kuril adalarının cənub hissəsinin keçmiş yapon sakinlərinin hisslərini başa düşür və vəziyyəti həll etmək istəyir, lakin etiraf edib ki, Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Rusiya ilə bu məsələni müzakirə etmək mümkün deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə