BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək

BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək

BMT-nin Baş katibi Antoniu Quterriş aprelin 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Baş katibin ofisi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində A.Quterriş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. Qarşıdakı danışıqların mövzuları hələ açıqlanmayıb.

Aprelin 26-da BMT-nin Baş katibi Moskvaya yola düşəcək. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və Prezident Vladimir Putin tərəfindən qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə