"Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Birləşmiş Ştatlar Ukraynaya dəstəkdən əl çəkmək niyyətində deyil”.
SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays CNN-ə bildirib.
“Rusiya şəxsən bəzi bəyanatlar verir, lakin heç bir şey bizi seçdiyimiz strategiyadan imtina etməyə inandıra bilməz”, – Prays deyib.
Eyni zamanda Prays bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında diplomatik təmasların hər hansı təfərrüatını açıqlamaqdan imtina edib.
Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 “Switchblade” mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB