Baydenin Ukraynadakı əsas səhvi üzə çıxıb?

Baydenin Ukraynadakı əsas səhvi üzə çıxıb?

Keçmiş ABŞ prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri postunu tutmuş Duqlas Makqreqor prezident Cozef Baydenin Ukraynada etdiyi əsas səhvi açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, keçmiş məmur bu barədə “The American Conservative” üçün yazdığı məqalədə danışıb.

Beləliklə, Makqreqor NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsini ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra əsas xarici siyasət səhvi kimi dəyərləndirib.

O qeyd edib ki, ölkə rəhbərliyi heç nə öyrənmir və heç nə xatırlamır. Bayden və Vaşinqtondakı təkpartiyalı rəhbərlik öz hərəkətləri ilə Rusiya, Çin, Hindistan, Yaponiya, Mərkəzi və Cənub-Şərqi Asiyanın Avrasiya məkanında rolunu gücləndirir.

Keçmiş Pentaqon rəsmisi əlavə edib ki, Qərb nəşrləri Rusiya rəhbərliyi və onun silahlı qüvvələri haqqında xoşagəlməz imic yaradır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə