Martın 27-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5,1 bal gücündə zəlzələ baş verib. SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Hokkaydo adasında, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB