Bizə evlilik lazım deyil

Türkiyəli aktrisa Sevda Erginci sevgilisi Yılmaz Kuntdan ayrıldıqdan sonra onunla barışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Erginci açıqlama verərək, “ayrılıq sosial mediada göstərildiyi kimi olmadı. Bilirdim ki, belə xəbərlər olacaq, amma bu, çox şəxsi məsələ olduğu üçün çox danışmaq istəmirəm. Hər şey yaxşıdır, biz çox xoşbəxtik” deyə bildirib.
"Evlənməyi düşünürsüz?" sualına isə gənc aktrisa “hazırda belə bir vəziyyət yoxdur. Bizə evlilik lazım deyil, onsuz da bir yerdə yaşayırıq. Ailələrimizdən də evlənmək üçün heç bir təzyiq yoxdur” sözlərini deyib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə