Rusiya Ukraynaya qarşı hər an hərbi əməliyyatlara başlaya bilər - Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ölkədə bu cür planların qəti şəkildə inkar edilməsinə baxmayaraq, Rusiya istənilən an Ukraynaya qarşı “hərbi əməliyyatlara” başlaya bilər. Bu barədə SİA Amerikadakı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ prezidenti Bayden Rusiyanın hər an hərbi əməliyyata başlaya biləcəyini söylədi", - ABŞ administrasiyasının adının açıqlanmayan rəsmisi deyib.

Dövlət Departamentinin bununla əlaqədar ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukrayna ərazisindən könüllü çıxmasına icazə verdiyi dəqiqləşdirilir.

Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib ki, Vaşinqton Rusiya Federasiyasının Ukraynada mümkün hərəkətlərinə cavab olaraq hər hansı tədbiri istisna etmir.

Dekabrda Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarının ölkə ərazisinə yerləşdirildiyini və heç kəsi təhdid etmədiyini bildirmişdi.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Rusiya heç kimə hücum etmək fikrində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə