Ərdoğanın kitabı ərəb dünyasında böyük maraqla qarşılandı

Nəşriyyatın rəhbəri Beşşar Şebaru sözügedən mövzu ilə bağlı deyib

Qətərdə təşkil edilən 31-ci Doha Beynəlxalq Kitab Sərgisində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ərəbcəyə tərcümə edilən "Daha ədalətli bir dünya mümkündür" (Daha Adil Bir Dünya Mümkün) kitabı böyük maraqla qarşılanıb.

SİA xəbər verir ki, Həmid ibn Xəlifə Universiteti Nəşriyyatı əməkdaşlarının sözlərinə görə, Nura Yamac tərəfindən tərcümə edilən bu əsər sərgidə nəşriyyatın ən çox alınan kitabları arasında olub.

Nəşriyyatın rəhbəri Beşşar Şebaru sözügedən mövzu ilə bağlı deyib: "Daha ədalətli bir dünya mümkündür" kitabı ilk dəfədir beynəlxalq kitab sərgisinə çıxarılır. Kitabı 23 fevral-5 mart arası Muskat Beynəlxalq Kitab Sərgisi də olmaqla digər sərgilərdə oxuculara və maraqlananlara təqdim edəcəyik.

Ərdoğanın kitabına tələbat böyükdür. Sərginin son günlərində belə bu kitab çox sayda alındı.”

Qeyd edək ki, bu il "Elm nurdur" devizi ilə 13-22 yanvar tarixlərində arasında təşkil edilən Doha Beynəlxalq Kitab Sərgisində 37 ölkədən 430 nəşriyyat iştirak edirdi.

Körfəz bölgəsinin ən əski və ən böyük kitab sərgilərindən biri olan Doha Beynəlxalq Kitab Sərgisi ilk dəfə 1972-ci ildə keçirilib. Uzun müddət 2 ildə 1 olan sərgi 2002-ci ildən hər il təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə