5 yaşlı qızın öldürülməsi ölkədə hiddətə səbəb olub

Nigeriyada 5 yaşlı Hənifə Əbubəkarın cəsədinin tapılması bütün ölkədə hiddətə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, Tanko, kiçik qızını keçən dekabr ayında təxminən 15 min dollar fidyə müqabilində qaçırmışdı.

Polis şübhəlinin sonradan onu tanıyan uşağı öldürdüyünü deyir.

Səlahiyyətlilərə görə, 34 yaşlı Tanko, polisi Hənifəni basdırdığı məktəbdəki məzara aparıb. Kiçik qızın cəsədi daha sonra yarılma üçün eksqumasiya edilib və sonra dəfn edilib. Hənifənin dekabrın əvvəlində özünün də şagird olduğu məktəbin qarşısından qaçırıldığı iddia edilib. Polis daha iki şübhəlinin həbsdə olduğunu bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə