Mustafa Şentop Hәsәn ibn Abdullah Әl-Qanimlә görüşüb

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Dohada keçirdiyi rәsmi görüşlәr çәrçivәsindә Qәtәr Şura mәclisinin sәdri Hәsәn ibn Abdullah әl-Qanim ilә bir araya gәlib.

SİA xəbər verir ki, Qәtәrin rәsmi QNA xәbәr agentliyinin yaydığı mәlumata görә, tәrәflәr iki ölkә arasındaki münasibәtlәr vә parlamentlәrarası әmәkdaşlığı güclәndirmәk imkanlarını müzakirә ediblәr.

Görüş zamanı Türkiyə və Qətər parlamentləri arasında əməkdaşlığın güclәndirilmәsinә dair anlaşma memorandumu imzalanıb.

Qətər Şura Mәclisinin sədri Qanim bu anlaşma memorandumunun parlamentlərarası əlaqələrin güclәnmәsinә töhfə verəcəyini bildirib.

‘‘Anlaşma memorandumu eyni zamanda beynәlxalq toplantılarda birgә mövqelәrin koordinasiyasına da öz töhfәsini verәcәk’’,-deyә Hәsәn ibn Abdullah әl-Qanim qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə