Nigeriyada silahlı dəstələrin basqınları davam edir. Ötən gün ölkənin şimal-qərbində yerləşən Kebbi vilayətinin Dankade kəndinə silahlı dəstələr tərəfindən basqın edilib. Kənd sakinlərindən Abdullahi Karman Unaşi, mətbuata açıqlama verərək, ötən cümə günü baş verən qarşıdurmadan sonra bölgədəki təhlükəsizlik qüvvələrinin geri çəkilməsindən sonra silahlı dəstənin dünən səhər saatlarında kəndə motosikletlərlə basqın etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum edənlərin kənddəki dükanları və taxıl anbarlarını yandırdıqlarını ifadə edən Unaşi, kənddəki mal-qaranı da oğurladıqlarını bildirib. Hücum edənlərin 2 əsgər, 1 polis və 50 kənd sakinini öldürdüyünü bildirən Karman, Dankadenin icma liderini və çoxu qadın və uşaq olan çox sayda kənd sakinini qaçırdıqlarını ifadə edib. Qaçırılan icma liderinin oğlu Didzi Umar bunu mətbuata bildirib ki, hücum edənlər bu gün səhər saatlarında kəndə qayıdıb və daha çox evi yandırıblar. “Nə zəng etdilər, nə də pul tələb etdilər, Dankade kəndi meyitlə doludur” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...