Türkiyə Sudana daha bir milyon doza peyvənd göndərir

Türkiyə Sudana bir milyon doza yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd bağışlayacaq.

SİA xəbər verir ki, Türkiyənin Xartumdakı səfiri İrfan Nəziroğlu Sudan Suverenlik Şurasının üzvü general-mayor İbrahim Cabir ilə görüşü zamanı bu barədə danışıb.

Səfir Nəziroğl: “İbrahim Cabir ilə Prezident aparatında baş tutan görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələri müzakirə etdik. Dekabr ayında İstanbulda keçirilən 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi haqqında cənab İbrahim Cabirə məlumat təqdim etdim. Prezident Rəcəb Tayyib Ərdoğanın sözmövzusu zirvə toplantısında Türkiyənin Afrika qitəsinə 15 milyon doza peyvənd yardımı edəcəyini, Sudana isə 1 milyon doza peyvənd göndərməyi planlaşdırdıqlarını səsləndirdiyini bildirdim. Cənab İbrahim Cabir Türkiyənin hər zaman Sudanın yanında olduğunu, bunu alqışladıqlarını, xüsusilə sənaye və texnologiya sahəsində Türkiyənin təcrübəsindən yararlanmaq istədiklərini vurğuladı. peyvənd yardımına görə minnətdarlığını bildırdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə