Afrikanın bu ölkəsində də “omikron”a yoluxma qeydə alınıb

Zambiyada koronavirusun omikron ştamı ilə ilk yoluxma halları müəyyən edilib.

SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Silvia Masebo məlumat verib.

Məlumata görə, “omikron” ştamı üç nəfərdə aşkar edilib.

Masebonun sözlərinə görə, yeni ştam bu yaxınlarda xaricdə səfərdən qayıdan tam peyvənd olunmuş şəxslərdə qeydə alınıb.

Nazir bildirib ki, hər üç şəxs xəstəxanada karantindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə