Gürcüstan GUAM-a sədrliyi Moldovaya təhvil verdi

GUAM Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Gürcüstan sədrliyi 2022-ci ilin yanvarından təşkilata rəhbərlik edəcək Moldovaya təhvil verib.

SİA xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sədrliyi ilə keçirilən görüşdə 2021-ci ilin yekunları müzakirə edilib. Tərəflər təşkilatın gündəliyində duran əsas məsələləri, o cümlədən perspektiv mövzuları nəzərdən keçiriblər.

Qeyd edək ki, GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılmış regional təşkilatdır. Təşkilatın adı üzv ölkələrin adlarının ilk hərflərindən formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə