ABŞ prezidenti xərçəng şişindən azad oldu

ABŞ prezidenti Co Bayden xərçəng adenomasının çıxarılması üçün əməliyyat olunub. SİA-nın məlumatına görə, bu barədə Ağ Evin həkimi Kevin O'Konnor məlumat verib.

79 yaşlı siyasətçi ötən həftə tibbi müayinədən keçib. Həkimlər onun səhhətinin ona dövlət başçısı və ali baş komandan kimi fəaliyyət göstərməyə imkan verdiyini bildiriblər.

Prezident Baydenin bağırsağından 3 mm-lik xoşxassəli polip çıxarılıb. Histoloji nümunə 2008-ci ildə ondan çıxarılan polipə bənzər boru adenoması kimi müəyyən edilib.

O'Konnor izah edib ki, boru adenoması xoşxassəli olub və yavaş böyüyür. Həkimlərin sözlərinə görə, hazırda əlavə müdaxiləyə ehtiyac yoxdur. Dövlət başçısı planlı müalicə alır.

Əməliyyat zamanı Bayden səlahiyyətlərini vitse-prezident Kamala Harrisə ötürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə