Daha 4331 nəfər koronavirusa yoluxub - GÜRCÜSTANDA

Gürcüstanda son sutka ərzində koronavirusa 4 331 yeni yoluxma faktı qeydə alınıb, 4 804 nəfər müalicə olunaraq sağalıb, 57 pasiyent vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyası 826 714 nəfərdə aşkarlanıb. Onların 768 559-u sağalıb, 11 736-sı isə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə