Erməni hərbiçiləri əyyaşlıq edir?

Ermənistan ordusunun hərbiçiləri arasında spirtli içkilərə meyillilik adi hal alıb

Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik artıq adi hal alıb. Bu vəziyyət ordu rəhbərliyi üçün başağrısına çevrilib. Elə bir ay və ya həftə yoxdur ki, içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi və digər cinayət törədən erməni hərbçisi məsuliyyətə cəlb olunmasın.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yayılan məlumatlarda növbəti belə insidentin Ararat şəhərində baş verdiyi bildirilir. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verib. Sakinlərin şikayətindən sonra hərbçi polis bölməsinə aparılıb. Onun hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra M.Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə