"Tayvanı Çinə qarşı müdafiə edəcəyik" - ABŞ PREZİDENTİ

ABŞ prezidenti Co Bayden Çinin mümkün hücumu qarşısında ABŞ-ın Tayvanın yanında olacağını və onları dəstəkləyəcəyini açıqlayıb. “Bizim bununla bağlı öhdəliyimiz var” deyən Baydeni Çin “təhlükəli hərəkətlər” etməkdə günahlandırıb. SİA xarici mətbuata istinadən bildirib ki, Tayvan və Çin arasında illərdir davam edən gərginlik ən yüksək həddə çatıb. Gərginliyi artıracaq əsas açıqlama ABŞ prezidenti Co Baydendən gəlib. Bayden, Çinin Tayvana mümkün hücumunda ABŞ olaraq Tayvanı müdafiə edəcəklərini və buna sadiq olduqlarını bildirib. Çinin suverenliyini qəbul etməsi üçün Tayvana siyasi və hərbi təzyiqini artırdığını və ABŞ-ın hərbi müdaxilə halında Tayvanı dəstəkləməyə hazır olub-olmaması ilə bağlı suala Bayden “Bəli, bunu etmək öhdəliyimiz var” deyə cavab verib.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə