Mərcan qayalarının 14 faizi yox olub - FOTOLAR

​Elm adamları, iqlim böhranı səbəbi ilə dəniz səthinin istiliyinin artmasının mərcanların tükənməsinin əsas faktoru olduğunu söylədilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sahildə həddindən artıq balıq ovu və aktivliyin artması da yox olma prosesini sürətləndirib. Dünyadakı mərcan qayalarının 14 faizinin 10 ildən az bir müddətdə yox olduğu bildirilib.

​"Global Coral Reef Monitoring Netvork" (GCRMN) tərəfindən nəşr olunan bir araşdırmaya görə, dünyanın mərcan qayalarının 14 faizi 10 ildən az müddətdə yoxa çıxıb. Mərcan qayalarının vəziyyətini təhlil edən ən böyük araşdırma olduğu bildirilən araşdırmada, 73 ölkədən 300 elm adamı məlumat toplayıb.

​Araşdırmada, 2008-2019-cu illərdə iqlim dəyişikliyi səbəbi ilə mərcanların yüzdə 14-nün yox olduğu ortaya çıxdı. Elm adamları, iqlim böhranı səbəbi ilə dəniz səthinin istiliyinin artmasının mərcanların tükənməsinin əsas faktoru olduğunu söylədilər. Elm adamları, son illərdə qlobal iqlim dəyişikliyinin təsirlərindən mərcan qayalarına vurulan ziyana diqqət yetiriblər. Mərcan qayaları, milyonlarla insanın əsas dolanışıq mənbəyi olan balıqların və digər dəniz canlılarının yaşadığı bir yerdir, həm də sahilləri böyük dalğalara, fırtınalara və daşqınlara qarşı bağlayaraq qorumağa kömək edir.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...