Türkiyədə avtobus qəzası olub - ölənlər var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. SİA "TRT Haber"ə istinadən məlumat verir ki, hadisə Samsunun Kavak qəsəbəsində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus Boğaziçi istiqamətində 150 metr uçuruma yuvarlanıb. İlkin məlumata görə, qəzada 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə