Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində Səudiyyə Ərəbistanının dövlətə məxsus “Saudiia” aviaşirkətinin pilotu həlak olub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilib.
“Kral Xalid Beynəlxalq Hava Limanında baş verən hadisə əməkdaşlarımızdan birinin ölümü ilə nəticələnib. Mərhum kapitan Hamud əl-Kaltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd edilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB