Moskva meri Sergey Sobyanin şəhərdəki pisləşən epidemioloji vəziyyətdən danışıb. Onun sözlərinə görə, “…son həftələrdə 20-30 faiz artım müşahidə edilib və təəssüf ki, artım dinamikası azalmaq bilmir”. Qeyd edək ki. Sobyanin bu fikirləri yerli telekanallara verdiyi açıqlamasında bildirib.
Şəhər meri bir daha şəhər əhalisini peyvənd olunmağa, sanitariya standartlarına diqqətlə riayət etməyə çağırıb: “Bu peyvəndin təsiri altı ay ərzində bir qədər zəifləsə də, sağlamlığın qorunması üçün çox vacibdir. Təcrübə peyvənd olunanların peyvənd olunmayanlardan asan keçirdiyini göstərib. Bir daha xatırladaq ki, hazırda daha çox ölüm halları peyvənd olunmayanlar arasında yaşanır”.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB