İspaniyadakı vulkan 1458 evi yandırıb

Sentyabrın 19-dan etibarən İspaniyanın cənub-qərbindəki La Palma adasındakı Cumbre Vieja Yanardağından gələn lava 24 gündə 1458 binanı yandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vulkandan gələn lavanın bölgədəki 1458 binanı yandırdığı və ümumilikdə 1541 binaya təsir etdiyi bildirilib. İki yoldan axan lavanın indiyədək 656 hektar ərazini əhatə etdiyi və 49 kilometrlik yolun lava altında qaldığı bildirilib. Dünən 800 nəfərin əlavə edilməsi ilə ümumilikdə 6200-dən çox insan evlərindən təxliyə edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə