Erməniləri geri qaytarmaq üçün şirnikləşdirici plan

Ermənistanın iqtisadiyyat naziri olmağa məqam gözləyən Vahan Kerobyan ötən gün Ermənistandakı Mantaşev Sahibkarlar Birliyinin üzvləri ilə görüşdə erməni iş adamlarına yeni hökumət proqramının iqtisadi hissəsini təqdim edib.

Belə ki, Kerobyan ermənilərin yenicə təzələnmiş hökumətinin qarşıdakı 5 il üçün iqtisadi fəaliyyətin əsas vektorlar və prioritetlərindən danışıb.

Təbii ki, ermənilərə Avropadan əta edilən və indinin özündə də onlara xəyali görünən 2.6 milyard avronun müəyyən hissəsi harasa xərclənməlidir axı...

Beləliklə, erməni rəsmiləri ilə yanaşı, erməni iqtisadiyyat naziri əvəzi Kerobyan da hələ ki, Avropanın onlar üçün ayırdığı 2.6 milyard avronun hissə-hissə Ermənistna gətirilməsini gözləyirlər.

Elə ki, vəsait ölkəyə gətirildi, bu zaman Ermənistanda akademik şəhərcik salınacaq, elmə ayrılan vəsait 4 dəfə artırılacaq, 500 məktəbəqədər müəssisə və 300 məktəb tikiləcək və s. və i. Hələ bundan əlavə, ölkədə 2600 km yol, 15 su anbarı, 3 sənaye parkının inşası da planlaşdırılır.

Belə görünür ki, Kerobyanın Ermənistanın gələcək inkişafı ilə bağlı proqramı ilə heç rusların 1917-ci ildə Rusiyasının elektrikləşdirilməsi üçün hazırlanan GOELRO dövlət proqramı da müqayisə edilə bilməz. Doğrudan da, təqdirəlayiqdir. Tərifləməyə dəyərdi, amma ki...

...Məsələ bundadır ki, bəzi ermənilər yenə də Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı Paşinyan komandanın fikirlərini ciddiyə almaq istəmirlər. Onlar hətta Kerobyanın perspektivli bir sənəd kimi təqdim etdiyi dövlət poqramını təkcə qeyri -sabit deyil, həm də xəyali hesab edirlər. Niyə? Ermənilər üçün əsas tapmağa nə var ki...

Məsələn, deyirlər ki, hökumət 500 məktəbəqədər müəssisə və 300 yeni məktəb tikməyi planlaşdırır. Soruşurlar ki, kimin üçün? Ardınca da deyirlər ki, bu gün Ermənistanda 84 min yeri olan 910 məktəbəqədər müəssisə, 380 min şagirdi olan 1353 məktəb mövcuddur ki, bunların da əksəriyyəti oxudub tərbiyələndirməyə uşaq gəzirlər. Belə olan halda, yeni tikilən 500 məktəbəqədər müəssisə və ya 300 məktəb binaları kimlər üçün tikilir?

...Bəzi məlumatlara görə, təkcə bu ilin ilk 6 ayında 80 mindən artıq erməni əbədi olaraq Ermənistandan qaçıb ki, bunların da artıq 20 min nəfəri Rusiya vətəndaşlığını alıblar. Məsələ bundadır ki, erməni köçü bu gün də davam edir. Yəni, ermənilərin dediyinə görə, əhalinin axın meyilləri dəhşətlidir. Lakin erməni hökuməti Ermənistandan gedənləri geri qaytarmaq üçün yeni şirnikləşdirici planlar hazırlayıblar ki, guya bu plan vaxtilə Serjikin “inkubator üsulundan” istifadə etməklə Ermənistandakı ermənilərin sayının 5 milyona çatdıracağı barədə elan etdiyi plandan daha effektlidir.

Amma maraqlıdır ki, erməni hökumətinin bu planının hansısa bir effekt və ya ...nəsə verəcəyinə hələ Ermənistandan imkan tapıb qaça bilməyənlərin heç biri inanmır.

Ona gərə də, hazırda ermənilər Kerobyan tərəfindən elan edilən hökumət proqramı onlara elə də ciddi görünmür. Emənilərin dediyinə görə, vaxtilə iqtisadi inqilab nağılları ilə hakimiyyətə gələn “məxməri məmurlar” indi də əldə etdikləri yenilənmiş “polad mandat”la eyni inanılmaz rolda qalmağa davam edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə