Rusiya Xarici İşlər Nazirliyindən Ukraynanın Xarici İşlər Nazirliyinə nota göndərilib ki, Kiyev müharibə xatirələrini qorumaq üçün beynəlxalq öhdəliklərini yerinə yetirsin. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, bu cür öhdəliklər, digər məsələlərlə yanaşı, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin xalqlarının şücaət və qəhrəmanlığının xatirəsini əbədiləşdirmək haqqında Sazişdə də təsbit edilib.

Rusiya xarici işlər nazirliyindən bu mesaj verilib: "Ukrayna səlahiyyətlilərinin sovet əsgərlərinin abidələrini sökməsini qəti şəkildə qınayırıq. Ukrayna rəhbərliyini tarixin saxtalaşdırılmasından və Ukrayna vətəndaşlarını Qələbədən məhrum etmək cəhdlərindən əl çəkməyə çağırırıq. Qələbə Sovet İttifaqının bütün xalqlarının birgə səyləri ilə əldə edilib".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...