Polis səlahiyyətliləri, 33 yaşlı qadının nəqliyyat vasitəsini saxladıqda avtomobildən iki ölü uşaq tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər, ölümlərin dəqiq səbəbini müəyyən etmək üçün vaxt lazım olduğunu deyib. Rəsmilər tərəfindən verilən açıqlamada cinayətin "qəddar"casına olduğu deyilir. Cohnni Olszevski Jr adlı səlahiyyətli açıqlamasında, hadisəni "dəhşətli və ürək ağrısı bir həyat itkisi" olaraq xarakterizə edib və sözlərinə bunları əlavə edib: "Nazirliyimizin bu ürək parçalayan işlə bağlı davam edən araşdırmasını dəstəkləmək üçün hər cür mənbəni verməyə davam edəcəyik".

Polis sözçüsü, polis məmurlarının avtomobillə əlaqədar "şübhələr" səbəbi ilə avtomobili saxladığını deyib. Nəzarət zamanı tapılan cəsədlərin tibbi müayinə ofisinə aparıldığı qeyd edilib. Həbs olunan Nikol Consonun 7 yaşlı Coshlin Cohnson və 5 yaşlı Larri Oneilin xalası olduğu bildirilir. Cohnson ölümlə nəticələnən birinci dərəcəli uşaq istismarı da daxil olmaqla bir çox ittihamla mühakimə olunacaq.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə